Словарь
TƏQVİM - TEMATİK PLAN | bir tədris fənni üzrə tərtib olunan plandır və burada mövzu və tapşırıqların siyahısı, mövzuya ayrılan saatların sayı, dərs növünün müəyyən olunması, fənlərarası əlaqə və metodik təminat əks olunur. Təqvim planı üzrə iş proqramın həyata keçirilməsinə zəmanət verir və şagirdləri artıq yükdən qoruyur |
---|
TƏLƏBƏ | (lat. studentis – səylə çalışan, fəal olan) ali mkətəbin, bəzi ölkələrdə isə orta məktəb şagirdləri. Qədim Romada T. elmi proseslə məşğul olan əksər şəxsləri adlandırırdılar. XII əsrdə universitetlərin yaradılması ilə bu ad həmin müəssisələrdə təhsil alanlara verilir. AR-də əsasən ali və orta-ixtisas məktəblərində təhsil alanlar-tələbə və dinləyici, hərbi məkətəblərdə təhsil alanlar- kursant adlanır |
---|
TƏHSİL KREDİTİ | fənnin məzmununa və həcminə müvafiq olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi |
---|
TƏHSİL | sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi |
---|
TƏHSİLLİLİK | tədris prosesində insanın elm, bilik və bacarıqları mənimsəmə səviyyyəsini fərdi inkişaf sürəti göstəriciləridir. Ümumi və xüsusi təhsilliyi fərqləndirirlər. Ümumi- istənilən materialın mənimsənilməsi, xüsusi- xüsusi növ materialların mənimsənilməsi (müxtəlif elmlər, incəsənət, praktiki fəaliyyət növləri). Birinci növ fərdin ümumi, ikinci isə xüsusi qabiliyyəti ilə seçilir. T. anlayışının komponentləri: şagirdin potensial qavrama qabiliyyəti; lazımi biliklərin toplumu; təhsil almaqda inkişaf sürəti; tədris fəaliyyətinin səmərəliliyi; əqli inkişafın yeni səviyyələrinə çatmağa hazır olmaq |
---|
TƏHSİL ALAN | Təhsil müəssisəsində təhsil alan şəxs. Orta məktəblərin , texnikumların, ali məktəblərin şagirdləri |
---|
TƏHSİL ALANLARIN MÜSTƏQİL İŞİ | şagirdin bütün struktur komponentlərində şagirdin müstəqilliyi əsas götürülür -problemin qoyuluşundan başlamış ona nəzarətədək funksiyaları nəzərdə tutur. T.a.m.i. – şagirdlərin dərketmə bacarıqları, onların öz-özünə təhsilini istiqamətləndirir |
---|
TƏHSİLİN FƏRDƏ YÖNƏLMİŞ MƏZMUNU | peşə-ixtisas təhsilinin məzmunun layihələşdirilməsində ənənəvi yanaşma şəxsiyyətin tam inkişafına təminat verir. Burada şagirdə tədrisi, tədris materialını, təhsilin məzmununun tam seçmək hüququ verilir. Lakin bu zaman tədris proqramının müxtəlif modulları, istehsalat texnologiyalarının adekvat tətbiq yolları göstərilir |
---|
TƏHSİL FRANÇAYZİNQİ | təhsil məhsullarını müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adı və fərqlənmə nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili, yaxud beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemi |
---|
TƏHSİL İNVESTİSİYASI | təhsilin inkişafına müxtəlif istiqamətli sərmayə qoyuluşu |
---|
TƏHSİL İŞÇİLƏRİNİN İXTİSASLAŞMA DƏRƏCƏLƏ | müəllimin normativ meyarlara müvafiq olan ixtisaslaşma, peşəkarlıq və məhsuldarlıq və (və ya) işçilərə peşəkar məsələləri həll etmə imkanını yaradan idarəedici əmək səviyyəsi |
---|
TƏHSİL KEYFİYYƏTİ | təhsil prosesi və onun nəticələrinin uyğunluğunu, prosesin necə adlandırılmalı və hansı məqsədlərə xidmət etməli olduğu anlayışlarının cəmiyyətdə yayılmasının hüdudunu göstərən inteqral xarakteristikadır. Bu sahədə fikirlər nəzərə çarpacaq dərəcədə ayrıldığına görə bu terminin izahı da üst-üstə düşmür. Bütövlükdə müasir təhsilin keyfiyyəti onun sosial effektivliyinə xidmət edən bir sıra faktorlarla müəyyən olunur. Bu faktorlar aşağıdakılardır: а) fəaliyyətin bu və ya digər sahəsində təcrübə və mənəvi mədəniyyətin ən yüksək nailiyyətlərinə imkan verən məzmun; b) pedaqoji heyətin və digər maarifçilərin yüksək səriştəliliyi; c) yeni təhsil texnologiyaları və onlara müvafiq olan maddi-texniki təchizat; d) humanist istiqamət; e) əhalinin bilik, anlayış və bacarıq ehtiyaclarının tam ödənilməsi |
---|
TƏHSİLİN HUMANİSTLƏŞMƏSİ | tədrisin məzmun, forma və təlim metodlarına humanizm ideyalarının yayılması, şəxsiyyətin azad və hərtərəfli inkişafının, onun cəmiyyət ictimai həyatında iştirakının təmini |
---|
TƏHSİLDƏ METODİKA | tədris prоseslərində konkret üsulların, yolların, ped. fəaliyyətin texnikasının təsviri |
---|
TƏHSİL MÜƏSSİSƏSİ | müvafiq təhsil proqramları əsasında təhsil prosesinin həyata keçirildiyi və məzunlara müvafiq dövlət sənədinin verildiyi qurum |
---|
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ATTESTASİYASI | təhsil müəssisəsinin məzunlarının dövlət təhsil standartlarının tələblərinə uyğun məzmununu, səviyyəsinin və hazırlıq səviyyəsinə uyğunluğunu müəyyənləşdirmək.T.m.a.-nın şərtlərinə təhsil müəssisəsinin məzunlarının ən azı. yarısının üç ardıcıl il ərzində göstərdiyi müsbət nəticələrdir. T.m.a. onların dövlət attestasiya xidmətinə müraciəti və ya dövlət idarə və ya xidmət orqanlarının, yerli özünüidarəetmə orqanalarının, aparıcı təhsil müəssisələrinin nümayəndələri vasitəsilə həyata keçirilir. Attestasiya qanunla digər hallar nəzərdə tutulmayıbsa 5 ildə bir dəfə keçirilir |
---|
TƏHSİL MÜƏSSİSƏSİNİN DÖVLƏT ATTESTASİYAS | (attestatio - şahidlik) – lisenziyalı təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi, hesabatda təqdim olunmuş məlumatın dolğunluğu və dəqiqliyinin ekspert qiymətləndirmə prosedurudur. Attestasiyanın məqsəd və məzmunu ,əsasən, təhsil müəssisəsinin məzunlarının səviyyəsinin, biliyinin dövlət təhsil standartlarına uyğun olduğunu müəyyənləşdirməkdir. Attestasiyanın nəticəsinə əsasən attestasiya attestasiy6a nəticəsi çıxarılır. Müsbət attestasiya nəticəsi dövlət təhsil müəssisəsinin akkreditasiyası üçün zəmin yaradır |
---|
TƏHSİL MÜƏSSİSƏNİN MUXTARİYYƏTİ | müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət və bələdiyyə təhsil müəssisəsinə verilən müstəqillik |
---|
TƏHSİL MƏHSULU | təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri |
---|
TƏHSİLDƏ MƏRKƏZLƏŞDİRMƏ | şəxsiyyətdə idrakı proses mexanizmlərindən biri, onun mənəvi yetkinliyinin və ünsiyyət bacarığının inkişafı; başqa insanların nəzər nöqəsini qəbul etmək əsasında fəaliyyət göstərir. Müstəqil yaradıcı düşüncənin formalaşması və inkişafında mühüm rol oynayır |
---|