Dictionary
PEDAQOJİ STANDART | profesional təhsil prosesi və fəaliyyəti zamanı əldə edilən və onu dəyərləndirən meyarlar |
---|
PEDAQOJİ PROSESİN STRUKTURU | ped. sistemin komponentlərinə uyğun olan vəonu təşkil edən tərkib hissələrinin cəmi. Komponentlər: məqsəd, məzmun, əməliyyat- fəaliyyəti, dəyər-qiymət |
---|
PEDAQOJİ QABİLİYYƏT | məqsəd, prinsip, şərt, forma və uşaqlarla işin təşkil metodları əsasında olan praktik fəaliyyətlərin cəmi; üç növ qabiliyyət fəqləndirilir: məqsədlərin qoyulması və situasiyanın təşkili ilə bağlı olanlar; təsir və qarşılıqlı təsir üsullarını tətbiq edənlər; ped.özünütəhlil istifadə olunanlar |
---|
PEDAQOJİ ÜNSİYYƏT TƏRZİ | pedaqoji fəaliyyətin reallaşmasının fərdi xüsusiyyətləri, üsulları və tərzinin cəmi |
---|
PEDAQOJİ ÜNSİYYƏT STİLİ | pedaqoji fəaliyyətin indivudial xüsusiyyətlərin, üsullarının, vasitələri. P.ü.s müxtəlif əsaslar üzərində: qarşılıqlı birgə yaradıcılıq fəaliyyəti, dost yanaşması, məsafə və s. qurulur |
---|
PEDAQOJİ TAKSONOMİYA | ped. məqsədlərin kateqoriyalarının və ardıcıl səviyyələrinin seçildiyi dəqiq sistemin qurulması |
---|
PEDAQOJİ TAKT | müəllim öz davranış və münasibətində humanizm, şagirdin şəxsiyyətinə hörmət, ədalətlilik,uşaqlarla davranış zamanı dözümlülük tələb edən hissdir. P.t ped. etikanın yerinə yetirilmə növlərindən biridir |
---|
PEDAQOJİ TERMİNOLOGİYA | tərbiyə nəzəriyyəsi və praktikasında, təlim və tədrisdə istifadə edilən leksik vasitələr. P.t. –nı bilmək nitqin düzgünlüyünü,dəqiqliyini, dürüstlüyünü qurmağa yardım edir |
---|
PEDAQOJİ TEXNİKA | müəllimin öz psixoloji halı, əhval-ruhiyyəsi, emosiyalrı, nitqi və silə davranmasına yardımçı olan ümumpedaqoji və psixoloji bacarıqlar kompleksi |
---|
QEYRİ-FORMAL TƏHSİL | müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə olunan və dövlət təhsil sənədi verilməsi ilə müşayiət olunmayan təhsil forması |
---|
RƏHBƏRLİK STİLİ | rəhbərin ( pedaqoqun) öz tabeçiliyndə olanlara təsir sitemi |
---|
REKTOR | (lat. Rector – rəhbər, idarə edən)- ali məktəbə rəhbərlik edən şəxs. İntibah dövründə çoxsinifli məktəblərə rəhbərlik edən baş müəllimlər adlanırdı |
---|
REFERAT | (lat. refero – məlumat verirəm) - 1. Elmi işin, mövzunun nəticəsi barədə malumatın yazılı və ya şifahi məzmunu. 2. R. müxtəlif növlülüyü - avtoreferat. 3. R. tədqiqatçının erudisiyasını, onun müstəqil şəkildə təhlil etmək, sistemləşdirmək, növlərə ayırmaq və ümumiləşdirmək qabiliyyətinin göstəricilərindən biridir. R. adətən nəşr edilmir |
---|
RESENZİYA | (lat. recensio – qiymət) – elmi və ya ədəbi-bədii əsərin təhlili barədə əsaslandırılmış rəy. Resenziya prosesində verilmiş problemin aktuallığı, onun strukturu və məzmunundakı yeniliklər, müəllifin orijinal yanaşması və s özünü göstərir |
---|
REZİDENTURA | tibb ixtisasları üzrə ali baza təhsili əsasında mütəxəssis hazırlığını həyata keçirən struktur |
---|
SAVAD | ədəbi dilin normalarına uyğun olaraq insanın yazılı və şifahi nitq bacarıqlarına yiyələnməsi. Əhalinin sos.-mədəni inkişafının, məktəbdə tətbiqi isə - təhsilin əsas şərt və göstəricilərindən biridir. S. geniş mənada bu və ya digər sahədə biliklərə yiyələnmək və onları tətbiq etmək bacarığını bildirir |
---|
SEMİNAR | (lat . seminarium - maarifçi) – a)ali məktəblərdə tələbələrin xüsusi fənn və ya mövzu üzrə keçirdikləri məşğələ; b)müəyyən bir problem ilə əlaqədaq keçirilən elmi yığıncaq |
---|
SƏRBƏST (EKSTERNAT) TƏHSİL | müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı bir pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması |
---|
SOSİAL TƏRBİYƏ | insanın yaxın ictimai mühitlə münasibətdə məqsədyönlü tərbiyəsi (ailə, ədəbi-mənəvi, vətəndaş, hüquqi, dini və s.) ilə qarşılıqlı fəaliyyətidir: insanın müəyyən rollara, normativ qaydalara və sos. hadisələrə aktiv uyğunlaşması insanın sosiallaşmasında inkişaf prosesidir |
---|
SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİ | müəllim tərəfindən təhsil alanların dərsdənxaric vaxtlarında uşağın şəxsiyyətinin formalaşması üçün zəruri şərtləri təmin edən müxtəlif məşğuliyyət növlərinin təşkil edilməsi |
---|