Lüğət
FAKÜLTƏ | (alm. Fakultat, lat. Facultas bacarıq), müəyyən ixtisas üzrə tələbə və aspirant hazırlayan ali təhsil müəssisəsinin elmi-tədris və inzibati bölməsi, həmçinin onların birləşdirdiyi kafedraların rəhbərlərinin elmi-tədqiqat və təlim tədris fəaliyyəti. Fakultəyə dekan rəhbərlik edir |
---|
FAKULTATİVLƏR | şagirdlərin elmi-nəzəri və praktiki biliklərinin genişlənməsinə, onların idrakı maraqlarının, yaradıcılıq qabiliyyətinin və ixtisasa istiqamətlənməsinə yönəlmiş təhsil forması. F. məcburi fənlərin proqramlarına uyğun xüsusi proqramlar əsasında keçirilir, tədris planında onlara ayrılmış saatlara uyğun olaraq şagirdlərin seçim və istəklərinə uyğun keçirilir |
---|
FASİLƏSİZ TƏHSİL | ümumi qəbul edilmiş ərifi yoxdur. Bu termin təhsilin sosial effektivliyini artırmaq üçün mövcud təhsil səviyyəsinin müsbət istiqamətdə dəyişilməsinə bildirir. F.t. insanın bütün ömrü boyu bir şəxsiyyət kimi formalaşması üçün fasiləsiz təhsil almasını nəzərdə tutur. F.t.-nin əsas mərhələləri: a) insanın müstəqil həyata daxil olması üçün təlim, tərbiyə və təhsili-uşaq-gənc təhsili; b) insanın müxtəlif praktiki fəaliyyəti ilə bağlı olan yetkin yaşda tədris fəaliyyəti |
---|
FƏLSƏFƏ DOKTORU | elm sahələri üzrə doktoranturanın birinci pilləsində verilən elmi dərəcə |
---|
FƏNN | hər hansı elmin və ya elmlər toplusunun didaktik əsaslandırılmış sistemi. F. Elmə xas olan materialın konkret təqdim edilməsini göstərir. F-in məzmunu təlim, tərbiyə, təhsil ilə birbaşa bağlıdır |
---|
FƏRZİYYƏ | səbəblərin izah edilməsi məqsədilə irəli sürülən əsaslar, ehtimallar. Ped. araşdırmalarda fərziyyənin ifadəsi, bir qayda olaraq, bu və ya digər ped. proseslərin və halların müəyyənləşməsinə yönəlmişdir |
---|
FƏRD | 1) insan vahid təbiət varlığı, Homo sapiens növünün nümayəndəsi kimi. Fərd anlayışı özü verilmiş insanın insan növü ilə əlaqəsini göstərir; 2) insan cəmiyyətinin ayrı nümayəndəsi götürülür |
---|
FƏRDİ TƏHSİL | müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması |
---|
FƏXRİ PROFESSOR (DOKTOR) | elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professor və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkələrin alim və ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada verilən akademik fəxri ad/dərəcə |
---|
FORMAL TƏHSİL | dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil |
---|
GİMNAZİYA | əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi. G. fənlərin daha dərin öyrənməyə şərait yaradır ki, bu da təhsil konkret istiqamətindən asılı olaraq variasiyalılığını, həm də şagirdin ixtisası üzrə seçdiyi ümumtəhsil fənlərinin və əsas kursların mənımsəməsini təmin edir |
---|
HƏKİM | ali baza tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi |
---|
HƏKİM MÜTƏXƏSSİS | müvafiq təhsil proqramlarına əsasən rezidentura təhsilini bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi |
---|
HUMANİTAR | insan cəmiyyətinə, insana və onun mədəniyyətinə aid olan |
---|
HUMANİTAR TƏHSİL | təhsilin məzmununda təhsil alanların şəxsi yetkinliyinin formalaşmasına yönəlmiş ümummədəni komponentlərin inkişafıdır |
---|
İDRAK | obyektiv qanunauyğunluqların şüur vasitəsilə dərk edilməsi. İdrak təlim-tədris prosesinin əsasını təşkil edir |
---|
İLKİN PEŞƏ-İXTİSAS TƏHSİLİ | əsas orta təhsil bazasında ixtisaslaşmış mütəxəsislərin hazırlanması. İ.p-i.t. peşə-ixtisas məktəblərində alına bilər (ixtisas kollecləri, peşə-ixtisas və s. təhsil müəssisələrində) |
---|
İLKİN İBTİDAİ ORTA TƏHSİL | ana dili, riyaziyyat, təbiət və cəmiyyət elmləri barədə, əsas elemetar tədris bacarıq və biliklərini öyrədən ilk təhsil pilləsi |
---|
İLKİN İXTİSAS HAZIRLIĞI | bu termin inistitut hazırlığı olmadan müəyyən ixtisaslar üzrə xüsusi hazırlığı bildirir. O ixtisas (politenik, ümumi texniki, ümumi ixtisas) almaq üçün nəzəri bilikləri fundamental əsas kimi qəbul edir; müxtəlif fəaliyyət növlərinə aid olan və onun ümumi xüsusiyyətlərini əks etdirən təcrübi və politexnik bilik və bacarıqları; müxtəlif mütəxəssis qruplarının əlamət və xüsusiyyətlərini; fəaliyyətin (layihələşdirmə, texnoloji prosesə nəzarət, fəaliyyətin qeydiyyat uçotu və s) əks etdirir; fərdin şəxsi keyfiyyətləri - əməksevərlik, intizamlılığı, fəaliyyətinin dəqiqiliyi, düşüncələrində sistemlilik, işdəki səliqəliliyi, təcrübi, yaradıcı fəaliyyətə can atması; ixtisas məktəbinə girməzdən öncə praktik fəaliyətindəki təcrübə |
---|
İMTAHAN | (lat . examen - sınaq) – ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq, təhsilin müəyyən dövrünü bitirdikdən sonra (məs. məktəblərdə keçid və buraxılış imtahanları, aspirant) və aspiranturaya qəbul olunmaq üçün biliklərin yoxlanılması |
---|