close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
TƏHSİLİN MƏQSƏDLƏRİadətən, T.m. təhsil alanda elm, bilik və bacarıqların yaranması, insanda mədəniyyətin formalaşması, onun əməyə hazırlanması ilə müəyyən olunur. T.m-də başlıca yeri şəxsiyyətin individual yaradıcı potensialının açılması tutur. Məktəbdə son zamanlar üstün mövqe əsasən təlim və tədrisdən daha çox şəxsiyyəti formalaşdıra bilən tərbiyəyə, yeni dövrün tələblərinə cavab verən ekzistensional dəyərlərə keçmişdir. Lakin burada tərbiyə anlayışı altında elə şərtlərin yaranması nəzərdə tutulur ki, təhsil alanın şəxsiyyətinin üstünlük və bacarıqlarını açmağa yardım etsin. Beləliklə, T.m. individual üstünlük və bacarıqların açılması prosesi kimi çox mürəkkəb və çoxşaxəlidir. T.m-nin 2: təhsil alana və təhsil müəssisəsinə, təhsil siteminə münasibət cəhətdən öyrənəmək lazımdır. Təhsil sistemlərinin fəaliyyətinin ən mühüm məqsədi müasir istehsalatda xidmət edə bilən sosial öhdəlik daşıyanicilarının hazırlanmasıdır. Təhsil alanın şəxsiyyətinə nəzərən aşağıdakı T.m-i qeyd etmək lazımdır: •şəxsiyyətin individual keyfiyyətlərinin açılması; •elm və mədiyyətin əsası barəd sistemləşmiş biliklər əldə etdikdən sonra təhsil alanın düyəvi və milli mədəniyyətə uyğunlaşması; •maddi tərbiyə və dünyaya maddi baxış sistemi , insanın dünyadakı yeri barədə tərbiyə; •fiziki və valeoloji tərbiyə; •əmək hazırlığına ümumi və peşəkar hazırlıq; •şəxsiyyətin özünütərbiyə və özünüinkişaf səviyyəsinə çatması, tədris və peşəkar fəaliyyətin yaradıcı və əxlaqi azadlığın əsası kimi qəbul edilməsi
TƏHSİL NƏZƏRİYYƏSİtəhsil fenomeni, onun cəmiyyətdəki rolu, inkişaf qanunauyğunluqları, inkişaf effektivliyi barədə nəzəriyyə. Hər birinin xüsusi predmeti olan 4 tədqiqat sahəsi əsasında formalaşır: a) fəlsəfi- təhsilin mahiyyəti,onun taksonomiyası; b) sosial – iqtisadi- təhsilin cəmiyyət həyatının müxtəlif sahələri ilə qarşılıqlı əlaqəsi; c) pedaqoji- təhsil fəaliyyətinin məzmunu və texnologiyası; d) sosial- psixoloji- fərdlər və qrupların təhsil fəaliyyətinin subyekti kimi
UNİVERSİTETali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssis hazırlığının, əlavə təhsil proqramlarının həyata keçirildiyi, fundamental və tətbiqi elmi-tədqiqatların aparıldığı çoxprofilli aparıcı ali təhsil müəssisəsi
UŞAĞIN DAXİLİ MÜHİTİuşağın yüksək sinir fəaliyyətinin, xasiyyətinin xüsusiyyətləri, həyat təcrübəsi, əxlaqi şüurunun, psixi hallar, reaksiyalar və uşağın gerçəkliyə münasibəti zamanı komplekslərinin və s. toplusudur. U.d.m, uşağın fərdiliyini müəyyən edir, müəllim bütün tərbiyə addəmlarında ehtiyatlı davranmalıdır
UŞAĞIN MƏDƏNİ MÜHİTİbütün tədris fənlərinin məzmunundakı mədəni komponentlərin formalaşdırdığı uşağın tədris və həyat fəaliyyəti mühiti: tədrisdə aktivliyi və özünütəhsil fəaliyyətindəki mədəniyyət; tədris müəssisəsinin mədəni səviyyəsi; uşaq və b-ci ildən nəzərdə tutulub
UŞAĞIN MƏKTƏBƏ HAZIRLIĞItərkibinə şəxsi və intellektual hazırlıq və həmçinin görmə-duyma əlaqəsinin daxil olduğu kompleks anlayışdır. Şəxsi hazırlıq – tədris fəaliyyətinin motivlərinin olması ( sadəcə məktəbə getmək istəyinin olması deyil, həm də oxumaq istəyinin, təhsil vəzifəsinin irəli sürdüyü tapşırıqları yeriə yetirməkdən) xarici mühiti öyrənmək istəyi, kommunikativ vəsait və bacarıqların formalaşması, ünsiyyət istəyi, psixoloji- ruhi vəziyyətin uyğunluğu ilə göstərilir. İntellektual hazırlıq – sistemli tədris prosesinin yaranması üçün tədris prosesləri (hissetmə, yaddaş, düşüncə, təfəkkür və s.), standart uşaq bağçası bilik və bacarıqları səviyyəsində uşağın biliklərə yiyələnməsi. U.m.h. tədqiqi üçün müxtəlif metodikalar kompleksi, şəxsiyyətin dərketməsi və qavrama qabiliyyəti və s. Istifadə edilir
UŞAQLIQinsanın yaşlılıqdan əvvəlki inkişaf dövrü; orqanizmin sürətli inkişafı və ali psixoloji funksiyaların formalaşması dövrü xarakterizə olunur. U. BMT-nin uşaq hüquqları haqda konvensiyası, beynəlxalq normalarına əsasən insanın doğumdan yeniyetməlik dövrünə qədər inkişafı ilə xarakterizə olunur (18 yaşa qədər). Pedaqogikada təyin edilmiş yaş dövrünə uyğun olaraq uşaqlıq 11 yaşa qədər olan dövrü əhatə edir və tərkibinə daxildir: körpəlik-1 yaşa qədər; erkən uşaqlıq – 3 yaşa qədər; məktəbəqədərki dövr – 7 yaşa qədər, aşağı sinif yaşı -10-11 yaşa qədər
VALEOQOLİK TƏHSİL VƏ TƏRBİYƏ(lat. vale – sağlam ol) – təhsil alanlarda sağlamlığa olan tələbat, onlara sağlam həyat tərzinin elmi anlamını başa salmaq və onu həyata tətbiq etməyi öyrətmək. V.t və t-nin əsasında mənəvi, fiziki, cinsi tərbiyə vasitəsilə sağlam insanın formalaşması konsepsiyası, psixi özünüidarəetmə, gigiyenik, fizioloji, ekoloji, və tibbi biliklərin verilməsi durur
VAHİD TƏHSİL MƏKANIdövlət və ictimai təşkilatlar vasitəsilə vahid təhsil səviyyəsinin (standart) təmin olunduğu ərazi(region)
VUNDERKİNDqeyri-adi bacarıqları ilə fərqlənən uşaq
YAŞLILARIN TƏHSİL NÖVLƏRİhəyata keçirilən funksiyaların oxşarlıq xüsusiyyətlərini nəzərə almaqla qruplaşdırılan proqramlar və onlara uyğun idarələr. Növlərin cəmi müxtəlif əsaslara əsasən bölünür, onlardan ən əsasları: a) təhsil fəaliyyətinin yaşlıların təhsilinin sosial funksiyalarından irəli gələn bu və ya digər məsələlərin həllinə yönəlməsi -əlavə, kompensator, uyğunlaşdırıcı, qabaqlayıcı; b) əvvəl alınmış təhsil növünün və keçdiyi təhsil pilləsinin xüsusiyyətləri – baza, modernləşdirən, “ təzələyici”, yenilənmiş. Qeyd olunan əlaqələrin formal, şərtidir. Birinci halda bilik və bacarıqların kəmiyyət artımına yönəlmiş müəssisələr qrupu nəzərdə tutulur; ikinci halda – artıq mövcud olan biliklərin artması; üçüncü halda şəxsiyyətin yaradıcı istiqamətdən bütün cəhətlərdən biliklənməsi
YENİYETMƏLİK DÖVRÜinsan həyatının uşaqlıqdan böyüklüyə keçid dövrünü 11- 17 yaşları əhatə edən çağı
YOXLAMA İŞİ(yazılı) – şagirdlərin bilik və bacarıqlarının öyrənilməsi və dəyərləndirilməsi məqsədilə olan nəzarət növlərindən biri. Y.i. tədris prosesində vahid sistemin tərkib hissəsidir. Sinif, ev, məktəbdaxili, illik, imtahan yoxlamayazı işi növləri vardır
YUXARI SİNİF ŞAGİRDLƏRİNİN ÖZÜNÜDƏRKETMƏşagirdlərin öz peşəsini, profesional istiqamətini seçməyə, şəxsi maraqlarını, şəxsiyyətin fərdi xüsusiyyətlərini öyrənməyə istiqamətlənmiş hazırlıq
ƏLAVƏ TƏHSİLvətəndaşların hərtərəfli təhsil tələblərini ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil
ƏYANİ VƏSAİTLƏRtədrisdə əyani vəsaitlər. Tədris prosesində ə.v. iki əsas funksiyanı yerinə yetirir: əyani görüntü vasitəsi və məlumat mənbəyi. Ə.v. təbii və təsviri , yəni məxsusi tədris məqsədilə yaradılmış vəsaitlərə bölünür. Natural obyektləri və təsviri birləşdirən kombinə edilmiş Ə.v. xüsusi növ təşkil edir

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?