close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
PEDAQOJİ STANDARTprofesional təhsil prosesi və fəaliyyəti zamanı əldə edilən və onu dəyərləndirən meyarlar
PEDAQOJİ PROSESİN STRUKTURUped. sistemin komponentlərinə uyğun olan vəonu təşkil edən tərkib hissələrinin cəmi. Komponentlər: məqsəd, məzmun, əməliyyat- fəaliyyəti, dəyər-qiymət
PEDAQOJİ QABİLİYYƏTməqsəd, prinsip, şərt, forma və uşaqlarla işin təşkil metodları əsasında olan praktik fəaliyyətlərin cəmi; üç növ qabiliyyət fəqləndirilir: məqsədlərin qoyulması və situasiyanın təşkili ilə bağlı olanlar; təsir və qarşılıqlı təsir üsullarını tətbiq edənlər; ped.özünütəhlil istifadə olunanlar
PEDAQOJİ ÜNSİYYƏT TƏRZİpedaqoji fəaliyyətin reallaşmasının fərdi xüsusiyyətləri, üsulları və tərzinin cəmi
PEDAQOJİ ÜNSİYYƏT STİLİpedaqoji fəaliyyətin indivudial xüsusiyyətlərin, üsullarının, vasitələri. P.ü.s müxtəlif əsaslar üzərində: qarşılıqlı birgə yaradıcılıq fəaliyyəti, dost yanaşması, məsafə və s. qurulur
PEDAQOJİ TAKSONOMİYAped. məqsədlərin kateqoriyalarının və ardıcıl səviyyələrinin seçildiyi dəqiq sistemin qurulması
PEDAQOJİ TAKTmüəllim öz davranış və münasibətində humanizm, şagirdin şəxsiyyətinə hörmət, ədalətlilik,uşaqlarla davranış zamanı dözümlülük tələb edən hissdir. P.t ped. etikanın yerinə yetirilmə növlərindən biridir
PEDAQOJİ TERMİNOLOGİYAtərbiyə nəzəriyyəsi və praktikasında, təlim və tədrisdə istifadə edilən leksik vasitələr. P.t. –nı bilmək nitqin düzgünlüyünü,dəqiqliyini, dürüstlüyünü qurmağa yardım edir
PEDAQOJİ TEXNİKAmüəllimin öz psixoloji halı, əhval-ruhiyyəsi, emosiyalrı, nitqi və silə davranmasına yardımçı olan ümumpedaqoji və psixoloji bacarıqlar kompleksi
QEYRİ-FORMAL TƏHSİLmüxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə olunan və dövlət təhsil sənədi verilməsi ilə müşayiət olunmayan təhsil forması
RƏHBƏRLİK STİLİrəhbərin ( pedaqoqun) öz tabeçiliyndə olanlara təsir sitemi
REKTOR(lat. Rector – rəhbər, idarə edən)- ali məktəbə rəhbərlik edən şəxs. İntibah dövründə çoxsinifli məktəblərə rəhbərlik edən baş müəllimlər adlanırdı
REFERAT(lat. refero – məlumat verirəm) - 1. Elmi işin, mövzunun nəticəsi barədə malumatın yazılı və ya şifahi məzmunu. 2. R. müxtəlif növlülüyü - avtoreferat. 3. R. tədqiqatçının erudisiyasını, onun müstəqil şəkildə təhlil etmək, sistemləşdirmək, növlərə ayırmaq və ümumiləşdirmək qabiliyyətinin göstəricilərindən biridir. R. adətən nəşr edilmir
RESENZİYA(lat. recensio – qiymət) – elmi və ya ədəbi-bədii əsərin təhlili barədə əsaslandırılmış rəy. Resenziya prosesində verilmiş problemin aktuallığı, onun strukturu və məzmunundakı yeniliklər, müəllifin orijinal yanaşması və s özünü göstərir
REZİDENTURAtibb ixtisasları üzrə ali baza təhsili əsasında mütəxəssis hazırlığını həyata keçirən struktur
SAVADədəbi dilin normalarına uyğun olaraq insanın yazılı və şifahi nitq bacarıqlarına yiyələnməsi. Əhalinin sos.-mədəni inkişafının, məktəbdə tətbiqi isə - təhsilin əsas şərt və göstəricilərindən biridir. S. geniş mənada bu və ya digər sahədə biliklərə yiyələnmək və onları tətbiq etmək bacarığını bildirir
SEMİNAR(lat . seminarium - maarifçi) – a)ali məktəblərdə tələbələrin xüsusi fənn və ya mövzu üzrə keçirdikləri məşğələ; b)müəyyən bir problem ilə əlaqədaq keçirilən elmi yığıncaq
SƏRBƏST (EKSTERNAT) TƏHSİLmüxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı bir pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması
SOSİAL TƏRBİYƏinsanın yaxın ictimai mühitlə münasibətdə məqsədyönlü tərbiyəsi (ailə, ədəbi-mənəvi, vətəndaş, hüquqi, dini və s.) ilə qarşılıqlı fəaliyyətidir: insanın müəyyən rollara, normativ qaydalara və sos. hadisələrə aktiv uyğunlaşması insanın sosiallaşmasında inkişaf prosesidir
SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİmüəllim tərəfindən təhsil alanların dərsdənxaric vaxtlarında uşağın şəxsiyyətinin formalaşması üçün zəruri şərtləri təmin edən müxtəlif məşğuliyyət növlərinin təşkil edilməsi

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?