close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
PEDAQOJİ MÜHİTped. məqsədlərə uyğun olan uşaqların fəaliyyətinin dünyaya, insanlara, insanların bir-birinə münasibət şərtləri sistemidir
PEDAQOJİ STANDARTprofesional təhsil prosesi və fəaliyyəti zamanı əldə edilən və onu dəyərləndirən meyarlar
PEDAQOJİ PROSESİN STRUKTURUped. sistemin komponentlərinə uyğun olan vəonu təşkil edən tərkib hissələrinin cəmi. Komponentlər: məqsəd, məzmun, əməliyyat- fəaliyyəti, dəyər-qiymət
PEDAQOJİ QABİLİYYƏTməqsəd, prinsip, şərt, forma və uşaqlarla işin təşkil metodları əsasında olan praktik fəaliyyətlərin cəmi; üç növ qabiliyyət fəqləndirilir: məqsədlərin qoyulması və situasiyanın təşkili ilə bağlı olanlar; təsir və qarşılıqlı təsir üsullarını tətbiq edənlər; ped.özünütəhlil istifadə olunanlar
PEDAQOJİ ÜNSİYYƏT TƏRZİpedaqoji fəaliyyətin reallaşmasının fərdi xüsusiyyətləri, üsulları və tərzinin cəmi
PEDAQOJİ ÜNSİYYƏT STİLİpedaqoji fəaliyyətin indivudial xüsusiyyətlərin, üsullarının, vasitələri. P.ü.s müxtəlif əsaslar üzərində: qarşılıqlı birgə yaradıcılıq fəaliyyəti, dost yanaşması, məsafə və s. qurulur
PEDAQOJİ TAKSONOMİYAped. məqsədlərin kateqoriyalarının və ardıcıl səviyyələrinin seçildiyi dəqiq sistemin qurulması
PEDAQOJİ TAKTmüəllim öz davranış və münasibətində humanizm, şagirdin şəxsiyyətinə hörmət, ədalətlilik,uşaqlarla davranış zamanı dözümlülük tələb edən hissdir. P.t ped. etikanın yerinə yetirilmə növlərindən biridir
PEDAQOJİ TERMİNOLOGİYAtərbiyə nəzəriyyəsi və praktikasında, təlim və tədrisdə istifadə edilən leksik vasitələr. P.t. –nı bilmək nitqin düzgünlüyünü,dəqiqliyini, dürüstlüyünü qurmağa yardım edir
PEDAQOJİ TEXNİKAmüəllimin öz psixoloji halı, əhval-ruhiyyəsi, emosiyalrı, nitqi və silə davranmasına yardımçı olan ümumpedaqoji və psixoloji bacarıqlar kompleksi

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?