close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
PEDAQOGİKANIN PREDMETİinsanın tədris, təlim, tərbiyə zamanı inkişafına xidmət edən məqsədyönlü proses
PEDAQOJİ PROSESİN PRİNSİPLƏRİbütövüklə pedoqoji prosesin məzmunu, formaları, metodları, vasitələrinin cəmi. Bütün prosesi tənzimləyən ümumi qayda, göstəriş, normalar məcmusudur. Təlim və tədrisdə mümkünlülük- təlim və tədris prosesi yaş, fərdi və cinsi xüsusuiyyətləri nəzərə almaqla qurulur. Bu prinsipi nəzərə almaqla tədris çətinlik dərəcəsinin sadədən mürəkkəbə, məlum olandan naməluma keçməklə qurulur. Lakin bu prinsip heç də tələblərin azalması kimi qəbul edilə bilməz. Tərbiyədə fərdi yanaşma – şagirdlərin fərdi qabiliyyətlərini nəzərə almaqla həyata keçirilir. Hər bir şagirdin xasiyyətinin kolektivə uyğun tərbiyəsi və tədrisi şagirdin qrup daxilində bir fərd kim davranış qaydalarını öyrədir. Əyanilik (ped.) – tədrisin konkret əyani və ya hiss edilə bilən vasitlər əsasında qurulması prinsipidir. Təlim və tədrisdə elmilik prinsipi – şagirdlərə tədris zamanı yalnız elmlə təsdiqini tapmış, elmə uyğun materiallar verilir. Mədəniyyət prinsipi – tədrisdə maksimal dərəcədə ölkənin, xalqın, mədəniyyətin dəyərlərini çatdırmaq, mədəni dəyərləri tədris etməkdir. Təbiət prinsipi - hər bir tərbiyəvi prosesin əsası kimi konkret fərdi xüsusiyyət və bacarıqları kimi təbiətin bir üzvü kimi uşaq əsas götürülür. əməkdaşlıq prinsipi – tədris prosesində şəxsiyyətə üstünlük verilməsi; onun özünütəsdiqi, müəyyənləşməsi; uşaq və böyüklərin birgə fəaliyəti üçün olan prinsipdir. Nəzəriyyə və praktikanın əlaqəsi prinsipi- elmi biliklərin gündəlik həyat təcrübəsi ilə harmonik əlaqəsini bildirir. Bu prinsip dünyanın dərkini, gündəlik həyat hadisələrinə təsir yollarını öyrdir. Sistemlilik və ardıcıllıq-tədris prosesində məntiqi əlaqələrin gözlənilməsi və bu dərs materialını daha asan qavranmasını təmin edir. Bu prinsip az müdddətdə daha çox nəticə əldə etməyə yardım edir. Şagirdin qoyulmuş tələblərdən asılı olmayaraq şəxsiyyətinə hörmət prinsipi- müəllimin şagirdə bir şəxsiyyət kimi hörmətinin tələb edir. Şagirdlərə qarşı tələbat müəllimin ilk öncə özünə qarşı tələbatını tələb edir
PEDAQOJİ TƏDQİQATIN PREDMETİtədqiqatın konkret obyekti və ya onda baş verən proses və ya tədqiq edilən problemin aspektləri
PEŞƏ MƏKTƏBİbir sıra təhsil müəssisələrinin – texniki-peşə, xüsusi orta, bəzi ali məktəblərin adı
PEDAQOJİ TƏDQİQATIN METODİKASIped. tədqiqatın təşkili üçün üsullar, vasitələr cəmi və müəyyən elmi nəticənin alınması üçün qaydaların tətbiqi
PEDAQOGİKANIN METODOLOGİYASIümumi elm metodologiyasından çıxış edərək və ped.nəzəriyyənin inkişaf xüsusiyyətlprini nəzərə almaq, ped.tədqiqat metodlarının öyrənilməsi, ped.halların və tədqiqatların öyrənilməsi prinsiplərinə baxılması, əldə edilmiş praktikanın tərbiyə, təlim, təhsil prosesinə tətbiqi
PRAKTİK- PEDAQOJİ DÜŞÜNCƏped. qarşılıqlı əlaqənin nəzəri qanunauyğunluqlarının inkişafı və bunun əsasında həyata keçirilə bilən real ped. həllin tapılması
PEDAQOJİ İSTİQAMƏTmüəllim işində bütün maneələri dəf etməkdə yardımçı olan müəllim olmaq və gələcəkdə də bu sənətdə qalmağa can atmasıdır. P. i. Müəllimin bütün professional fəaliyyətində və ayrı-ayrı ped. hallarda fəaliyyəti
PEDAQOJİ SƏHVLƏRmüəllim tərəfindən profesional norma, qayda, meyarların pozulmasına gətirib çıxaran vasitələrin istifadə olunması. P.s. həm obyektiv, həm də subyektiv səbəblərlə meydana çıxa bilər
PEDAQOJİ QİYMƏTLƏNDİRMƏDƏ SƏHVmüəllimin ped. təfəkkürü ilə şərtlənən düzgün olmayan tərbiyə fəaliyyətinin nəticəsi. Yüksək qiymət qoyulması ilə mydana gəlir; şagirdin fərdi keyfiyyətləri, bilik səviyyəsi nəzərə almadan müəllimin şəxsi münasibətindən asılı olaraq qiymətləndirilməsi
PEDAQOJİ USTALIQped. fəaliyyətə yiyələnməyin yüksək səviyyəsi; xüsusi biliklərin, bacarıq və biliklərin, şəxsiyyətin professional mütəxəsis xüsusiyyətlərinin kompleksi
PLAN-KONSPEKTmövzu, dərsin tapşırıqları, dərsin mərhələləri, şagirdlərin tapşırıqları
PRAKTİKA(yun. prakticos - aktiv, fəal) – insan fəaliyyətinin maddi məqsədyönlü tərəfi; idrakın və insan cəmiyyətininümumi əsası. Müxtəlif istiqamətlərdə əldə edilmiş praktika müəllim praktiki fəaliyyətinin əsası kimi çıxış edir
PROREKTOR(lat. Pro - əvəzinə) ali təhsil müəsissəsində rektorun əvəzləyicisi və müavini (elmi, təlim-tədris, inzibati-təsərrüfat, qiyabi və axşam təhsil və s ahələrdə olur)
PEŞƏ-İXTİSAS MƏKTƏBLƏRİixtisaslı mütəxəsislər hazırlayan müxtəlif istiqamətli təhsil müəssisələri. İlk peşə-ixtisas məktəbləri Almaniyada XVIII əsrin əvvəllərində, Fransada XIX əsrdə, ABŞ-da XIX əsrin 70-ci illərində yaranıb. Peşə-ixtisas məktəblərinin növləri: ixtisas gimnaziyası, ixtisas liseyi, xüsusi tip hazırlıq məktəblərində olur
PEŞƏ TƏHSİLİkonkret ixtisas və peşə üzrə müəyyən bilik və bacarıqlara yiyələnmək. Peşə təhsili almağın yolları – texniki-peşə məktəbləri, xüsusi orta ixtisas məktəbləri. İşçilərin istehsalatda işə hazırlığı praktika alınır. İşçilər və mütəxəsislər profesional biliklərini yenidən hazırlıq və ixtisasartırma kurslarında artırırlar
PROFESSOR(lat. Professor-müəllim) - yüksək elm və təhsil göstəricilərinə nail olan təcrübəli elmlər doktorlarına (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifə
PEDAQOJİ PSİXOLOGİYA(yun. pais (paidos) - uşaq və ago – tərbiyə edirəm)- uşaqların tədris və tərbiyə və müəllimin ped. fəaliyyətinin əsaslarını öyrənən psi.sahəsi
PEDAQOJİ KOLLEKTİVƏ RƏHBƏRLİK ETMƏKped. kollektivin qarşya qoyulmuş məqsədə çatmaq üçün birgə fəaliyyət istiqamətinin koordinasiyası; ped. kollektivin psixoloji durumunun qiymətləndirilməsi, kollektiv üzvlərinin qarşılıqlı əlaqəsinin tənzimlənməsi; kollektiv düşüncə tərzinə və birgə fikir formalaşması prosesinə təsir, əldə edilmiş nəticələrin qiymətləndirilməsi
PEDAQOJİ SİSTEMşəxsiyyətin formalaşması üçün təşkiledilmiş, məqsədyönlü ped. təsirin qarşılıqlı əlaqəli vasitə, metod və proseslərinin topusu

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?