close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
MAARİF PROSESİdövlət təhsil standartlarına uyğun təhsil məsələlərinin həllinə və şəxsiyyətin inkişafına yönəlmiş təlim-tədris və özünütəhsil proseslərinin məcmusudur
MAGİSTRATURAali təhsilin ikinci səviyyəsi
MAGİSTR(lat. magister – rəhbər, müəllim) – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi
MƏKTƏBsos. inistitut, cəmiyyət, şəxsiyyət və dövlətin təhsil tələbatını ödəmək üçün ictimai- dövlət sistemi
MƏKTƏBDAXİLİ İNNOVATİV VƏZİYYƏTməktəbin idarə edilməsinə müsbət və ya mənfi təsir göstərən yeni yaranmış qaydaların cəmi. M.i.v. ölkədə və dünyada baş verən innovativ proseslər təsir edir
MƏKTƏBDƏNXARİC İŞmədəni- maaarif, digət təşkilatlar tərəfindən şagirdlər ilə keçirilən təlim- tərbiyə işləri; şagirdlərin asudə vaxtını dəyərləndirilməsi, nəzarətsizlik ilə mübarizə.M.i. şagirdlərin maraqlarını nəzərə almaqla könüllü iştirakı, aktivliyivə müstəqilliyini üzərində həyata keçirilir
MƏKTƏBDAXİLİ İDARƏ SİSTEMİbir-birilə bağlı elementlərin elə cəmidir ki, onların qarşılıqlı təsiri ilə idarəetmə funksiyalarını və onların idarə edilən obyektə təsirini həyata keçirtmək mümkündür
MƏKTƏBDAXİLİ İDARƏqarşısında duran məqsədlərdən asılı bütün işlərin koordinasiyası, ped. heyətə mümkün səhvlər barədə xəbərdarlıq etmək və onlara lazımı köməyi göstərmək. M.n.-in prinsipləri: xəbərdaredici xarakter, planauyğunluq, əsaslılıq, hərtərəflilik, nəzəri və metodoloji hazırlıq. olaraq məktəbdə təlim- tədris prosesinin hərtərəfli tədqiqi və analizi. M.n.-in obyektləri: tədris prosesi, tərbiyə prosesi, metodiki iş, elmi və təcrübi fəaliyyət, uşaq və ped. kollektivin psixoloji vəziyyəti, təlim-tədris prosesinin zəruri şərtlərlə təmin edilməsi. M.n.-in növləri: nəzarəti həyata keçirənin əlamətləri (kollektiv, qarşılıqlı idarə, özünüidarəetmə, planlı və planlaşmamış inzibati idarə etmə); idarə edilən obyektlərin əhatə edilməsinə görə (sinif ümumiləşdirici –eyni sinifdə oxuyan şagird və müəllimlərin işinin təhlili, ümumi – bütün istiqamətlər üzrə işlərin ümumi vəziyyətinin dərin tədqiqi və analizi, tematik –təlim-tədris prosesinin konkret istiqamət üzrə öyrənilməsi, şəxsi – ayrı müəllimlərin fəaliyyətinin hərtərəfli tədqiqi, icmal – məktəbdəki vəziyyətin dərin tədqiq edilmədən təhlili. M.i. metodları: dərs və təlim məşğələlərinə gəlmək və onları təhlil etmək, məktəb sənədlərinin və şagirdlərin işlərinin təhlili, müəllim, şagird və valideynlərlə söhbət, inzibati yoxlama tədbirlərinin və sorğularının aparılması; anketləşdirmə, testləşdirmə, xronometraj və s
MƏKTƏB VALEOQOLOGİYASIuşaq, onların valideynləri və pedaqoqların sağlamlığının möhkəmləndirilməsini öyrənən elm sahəsi. M.v-nın əsas məqsədləri ped. prosesin iştirakçılarının və onu müəyyən edən faktorların sağlamlıq vəziyyətinin öyrənilməsi; uşaq və böyülərin sağlamlığının qorunması, yenidən bərpası və s., onların bu sahədə məlumatlandrılması və təlimi, təhsilin valoqoloji məzmunlu nəzəri və məsuliyət hissi yaranır
MƏKTƏBİN TƏRBİYƏ SİSTEMİməktəbin bütöv sos.-ped. strukturunu təşkil edən və tərbiyənin əsas və daimi inkişaf edən faktoru kimi çıxış edən qarşılıqlı bağlı komponentlərin (tərbiyəvi məqsədlər, onları həyata keçirən insanların fəaliyyəti və münasibəti, əlaqələri, yaşam məkanı) cəmidir. Humanist istiqamətli vahid M.t.s.-nin inkişafı, sağlam həyat tərzinin formalaşmasına, təsir və qarşılıqlı təsir, kollektivin müdafiə funksiyalarının təminatı, müxtəlif yaş səviyyəsi müxtəlif və çoxistiqamətli fəaliyyəti
MƏKTƏB MÜHAZİRƏSİtədris materialının davamlı şifahi ifadəsi (45-50 dəq)
MƏQBULlaborator, praktiki, hesabi-qrafiki işlərin, kurs işlərinin və həmçinin seminar məşğələlərində, diplomqabağı hazırlıq zamanı görülən işlərə nəzarət formasıdır. Məqbulun nəticələri həm beşballıq sistemlə, həm də təhsilin formasından asılı olaraq “məqbul” qeydi ilə göstərilə bilər
MƏŞĞƏLƏmüəllim tərəfindən dəqiq müəyyən edilmiş vaxtda, daimi şagird tərkibi olan və elmi tapşırıqların həll edildiyi tədris prosesinin forması
METOD(yun. methodos – tədqiqat və ya dərketmə yolu) – praktiki və nəzəri biliklərin dərki, müəyyən tapşırığın həllinə istiqamətlənmiş vəzifələr. Pedaqogikada təlim və tədris metodlarının probleminin həlli yollarını və klasifikasiyası əsas xüsusiyyət kimi çıxış edir
METODİKATədris metodikası barədə elm. Nə isə öyrənmək, nə isə yerinə yetirməyin praktik icra metodlarının cəmi
METODİSTHər hansı fənnin tədrisi sahəsində mütəxəssis
MÜHAZİRƏ(leksiya) (lat . lectio – qiraət) – tədris materialının, hər hansı sualın, elmi, siyasi mövzunun sistematik şifahi ifadəsi
MÜƏLLİMümumtəhsil məktəblərində yeni yetişən nəslin tərbiyə, təhsil və tədrisini həyata keçirən pedaqoji işçi..metodoloji problemlərinin işlənib hazırlanması, valeoqoloji baxışları nəzərə almaqla pedaqoji kadrların hazırlanması
MÜƏLLİMLƏRİN ATTESTASİYASIDövlət və ya özəl təhsil müəssisələrinin işçilərinin bacarığının, pedaqoji profesionallığının və əmək məhsuldarlığının kompleks qiymətləndirilməsi
MÜƏLLİMİN DİAQNOSTİK DÜŞÜNCƏSİuşağın müxtəlif xüsusiyyətlərinin təhlili və şəxsiyyətin proqnozlaşdırılması ilə vahid şəkildə birləşdirilməsi

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?