close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
MÜƏLLİMİN DİDAKTİK SİSTEMİmüəllimin dərsdə və dərsdənkənar məşğələlərdə istifadə etdiyi sənəd və didaktik materialların toplusu. Daxildir: təhsil standartı, tədris proqramı, təqvim və tematik planlar, dəslərin konspekti, Tərbiyəvi iş planı, vəsait, əyani vəsaitlər və s
MÜƏLLİMİN İMİCİ(ing. image – surət) – şagirdlərin, həmkarlarının, sosial ətrafının təfəkküründə müəllimin stereotripinin qavranması. İmicin for malaşmasında ona xas olan real xüsiyyətlərlə yanaşı ona ətrafdakıların da aid xüsusiyyətlər təsir göstərir
MÜƏLLİMİN FƏRDİ FƏALİYYƏT VƏ ÜNSİYYƏT TƏped. fəaliyyət və ünsiyyətin tapşırıq, vasitə və üsullarının cəmi. M.f.f.ü.t dəyişilə bilər
MÜƏLLİMİN NÜFUZUşagirdlərə təsirilə seçilən, qərar qəbul etmək, qiymət qoymaq, məsləhət vermək hüququ verən xüsusi peşə mövqeyi. Əsl M.n. vəzifə və yaş üstünlüklərində deyil, tərbiyəçinin yüksək şəxsi və mütəxəsis keyfiyyətlərinə: tərbiyə etdikləri ilə demokratik əməkdaşlıq tərzinə, başqasının dərdinə şərik ola bilmək, açıq ünsiyyət qura bilmək bacarığı, müəllimin müsbət konsepsiyasına, onun daima təkmilləşmək, hərtərəfli biliyə sahib olmaq istəyi, səriştəliliyi, ədalətlilik və mehribanlığına, ümumi mədəniyyətinə əsaslanır. Müəllimin nüfuzunun irradiasiyası –nüfuz təsiri hüququnun hələ tətbiq olunmadığı sahələrə keçirilməsidir. Nüfuzun spesifikasiyası - insanın sahələrdən yalnız birində nüfuzunu tanıyır, digər sahədə o, nüfuz sahibi olmur
MÜƏLLİMİN XİDMƏTİ SƏLAHİYYƏTİmüəllimin ped. fəaliyyətini müəyyənləşdirən bilik və bacarıq səviyyəsinə malik olması, onun müəyyən dəyərlər, ideayalar daşıyıcısı kimi ped.cəhətdən dəyərləndirilməsi
MÜƏLLİMİN MƏNƏVİYYYATImüəllimin ped.fəaliyyəti zamanı ətrafındakı insanlarla münasibətinin xüsusi normativ- dəyərlər forması
MÜHAZİRƏ-SEMİNAR MƏŞĞƏLƏLƏRİmüstəqil surətdə tədris materialının öyrənilməsi, dərs materialını təkrarlanmaq və dərinləşdirmək məqsədilə təşkil edilən tədris prosesi növüdür. M-s.m.-də bir qayda olaraq fənnin ən mühüm və əhəmiyyətli hissəsi öyrənilir. M-s. m.-i 3 mərhələdə keçirilir: birinci – müəllimin mühazirəsi, ikinci – tələbələrin mühazirəyə hazırlaşmaq üçün müstəqil işləri; üçüncü – seminarın keçirilməsi. M-s.m. dərslə müqayisədə daha effektivdir burada müəllim və şagirdlərin funksiyaları dəyişilir; müəllimin təşkilatçılıq fəaliyyəti daha canlı olur
MÜSAHİBƏtəhsil alanın suallar sisteminə cavab verdiyi tədris metodu. Müsahibənin məqsədi - yeni biliklərin əldə edilməsi və keçilən materialın təkrarlanması
MÜSTƏQİL TƏHSİL MÜƏSSİSƏSİbirbaşa və ya hər hansı təşkilat rəhbərlik edilmədən təsdiqlənmiş proqram əsasında fəaliyyət göstərən təhsil müəssisəsi. Adətən bu humanitar istiqamətli təhsil verən müəssisədir. Bu təhsil müəssisələri dövlət, özəl qurumlar, yerli özünüidarəetmə orqanları, qeyri-hökümət təşkilatları tərəfindən maliyələşdirilə bilər
MÜVƏFƏQİYYƏTtəhsil alanların tədris proqramlarının tələblərinə əsasən profesinal elm, bilik və bacarıqlara yiyələnməsinin xüsusiyyətləri. Təhsil alanların m. göstəriciləri: cari, cari mövzuya görə, yarımilliklərə əsasən; yekun- bütün il boyu fənn üzrə beşballıq sistem əsasında ol qiymətlər hesab edilir

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?