Lüğət
FAKÜLTƏ | (alm. Fakultat, lat. Facultas bacarıq), müəyyən ixtisas üzrə tələbə və aspirant hazırlayan ali təhsil müəssisəsinin elmi-tədris və inzibati bölməsi, həmçinin onların birləşdirdiyi kafedraların rəhbərlərinin elmi-tədqiqat və təlim tədris fəaliyyəti. Fakultəyə dekan rəhbərlik edir |
---|
FAKULTATİVLƏR | şagirdlərin elmi-nəzəri və praktiki biliklərinin genişlənməsinə, onların idrakı maraqlarının, yaradıcılıq qabiliyyətinin və ixtisasa istiqamətlənməsinə yönəlmiş təhsil forması. F. məcburi fənlərin proqramlarına uyğun xüsusi proqramlar əsasında keçirilir, tədris planında onlara ayrılmış saatlara uyğun olaraq şagirdlərin seçim və istəklərinə uyğun keçirilir |
---|
FASİLƏSİZ TƏHSİL | ümumi qəbul edilmiş ərifi yoxdur. Bu termin təhsilin sosial effektivliyini artırmaq üçün mövcud təhsil səviyyəsinin müsbət istiqamətdə dəyişilməsinə bildirir. F.t. insanın bütün ömrü boyu bir şəxsiyyət kimi formalaşması üçün fasiləsiz təhsil almasını nəzərdə tutur. F.t.-nin əsas mərhələləri: a) insanın müstəqil həyata daxil olması üçün təlim, tərbiyə və təhsili-uşaq-gənc təhsili; b) insanın müxtəlif praktiki fəaliyyəti ilə bağlı olan yetkin yaşda tədris fəaliyyəti |
---|
FƏLSƏFƏ DOKTORU | elm sahələri üzrə doktoranturanın birinci pilləsində verilən elmi dərəcə |
---|
FƏNN | hər hansı elmin və ya elmlər toplusunun didaktik əsaslandırılmış sistemi. F. Elmə xas olan materialın konkret təqdim edilməsini göstərir. F-in məzmunu təlim, tərbiyə, təhsil ilə birbaşa bağlıdır |
---|
FƏRZİYYƏ | səbəblərin izah edilməsi məqsədilə irəli sürülən əsaslar, ehtimallar. Ped. araşdırmalarda fərziyyənin ifadəsi, bir qayda olaraq, bu və ya digər ped. proseslərin və halların müəyyənləşməsinə yönəlmişdir |
---|
FƏRD | 1) insan vahid təbiət varlığı, Homo sapiens növünün nümayəndəsi kimi. Fərd anlayışı özü verilmiş insanın insan növü ilə əlaqəsini göstərir; 2) insan cəmiyyətinin ayrı nümayəndəsi götürülür |
---|
FƏRDİ TƏHSİL | müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması |
---|
FƏXRİ PROFESSOR (DOKTOR) | elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professor və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkələrin alim və ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada verilən akademik fəxri ad/dərəcə |
---|
FORMAL TƏHSİL | dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil |
---|