Lüğət
DAHİLİK | bacarıqların ümumi inkişaf səviyyəsi, həm ümumi (intellektual), həm də xüsusi. D. olması barədə o zaman danışmaq olar ki, şəxsiyyət tərəfindən yaradıcılıq fəaliyyətində elə nəticələr əldə edir ki, onlar cəmiyyət həyatında, mədəniyyətin inkişafında xüsusi dövr təşkil edir. Qeyri - adi bacarıqları ilə fərqlənən uşağın öz potensialını reallaşdıra bilməsi onun müəllimindən asılıdır |
---|
DAVRANIŞ MƏDƏNİYYƏTİ | insan birgə yaşayışının ümumi tələb və qaydalarının müəyyənləşməsi, əhatə edənlərlə düzgün münasibət qurmaq bacarığı |
---|
DEKANAT | dekanın rəhbərlik etdiyi fakültənin idarə edilməsi |
---|
DEKAN | (lat. Decanus, ilkin mənada on nəfərin rəhbəri), ali təhsil müəssisəsində fakültə rəhbəri. Bir qayda olaraq, professorlar, müəllimlər və fakültənin elmi işçiləri tərəfindən seçilir |
---|
DƏRS | məktəbdə təlim, öyrətmə və öyrənmə prosesi, tədris işi. Bu fəaliyyət zamanı müəllimkonkret zaman daxilində siniflə konkret fənn üzrə məşqul olur. Bu və ya digər vasitələrin istifadəsi ilə əlaqədar olaraq dərsin müxtəlif növləri ola bilər. Məs. açıq, izahlı, mühazirə dərs, virtual dərs |
---|
DƏRS CƏDVƏLİ | siniflər üzrə hər dərs gününə uyğun olan dərslərin keçirilmə yeri, vaxtı və ardıcıllığı haqqında məlumata malik qrafik. Bu cədvəldə hər dərs saatını keçirən müəllimin adı və fənnni qeyd olunur. Dərs cədvəli təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunur |
---|
DƏRSİN KONSPEKTİ | mövzunun, tapşırığın, dərs mərhələsinin xülasəsindən, müəllimin nitqinin hissələrindən və yeni mövzunun tam mətnindən ibarətdir |
---|
DƏRSİN PLANI | dərs zamanı dərs vaxtını düzgün bölüşdürə bilmək üçün müəllim və şagird arasında qarşılıqlı ünasibətin planlanması. Dərsin planlanmasının əsası kimi müəllimin tədris materialını şagirdlərə çatdıra bilmək üçün məqsədlər, tapşırıqlar, prinsiplər, metodlar düzgün istifadə edilməsi çıxış edir. Dərsin planı konspekt şəklində çıxış edir |
---|
DƏRSİN STRUKTURU | dərsin bütövlüyünə və onun müxtəlif variantlarda əsas xüsusiyyətlərini saxlayan elementlərinin cəmi. Bu elementlərə aiddir: dərsin əvvəlinin təşkili, dərsin məqsəd və vəzifələrinin təyini, izahat, möhkəmləndirmə, təkrarlama,ev tapşırığı, dərsin nəticəsinin keçirilməsi. Dərsin növü struktur hissələrin müəyyənləşməsi və ardıcıllığı üzrə müəyyən edilir |
---|
DƏRSİN EFFEKTİVLİYİ | qoyulmuş məqsədə çatmaq üçün müəllimdən başqa digər faktorların neytrallaşması halında verilmiş və ya mümkün olan tədris məqsədlərinin (məsələn, şagirdin savadsızlıqdan savadlılığa keçməsi) həyata keçirilmə dərəcəsi |
---|
DƏRSDƏ QRUP İŞİ | dərs zamanı müxtəlif kiçik qrupların müəllim tərəfindən verilmiş eyni, özünəməxsus tapşırığının və elmi idrakının inkişafı işinin təşkili |
---|
DƏRS HİSSƏ MÜDİRİ | məktəb direktorunun təlim-tədris işləri üzrə əvəzləyicisi |
---|
DİDAKTİKA | təlim-tədris nəzəriyyəsi, pedaqogikanın sahəsi. D. predmeti tədris insanın təlim və təhsil vasitəsi kimi, yəni tədris və təlimin vahid qarşılıqlı əlaqəsi. D.-nın funksiyaları: nəzəri (diaqnostik və proqnostik) və praktiki (normativ, alət) |
---|
DİDAKTİK BACARIQLAR | öyrətmək bacarığı |
---|
DİDAKTİK VƏ ƏQLİ İNKİŞAF ÜÇÜN KOMPÜTER O | tədris və inkişaf xarakterli fərdi kompüterlər üçün oyun proqramları. Bir neçə növdə olur – abstrakt-məntiqi, süjet, rol), kompüter oyunları şagirdlərin dünyagörüşünü artırır, onların maraqlarını stimullaşdırır, bilik və bacarıqlarını formalaşdırır, psixofiziki inkişafına səbəb olur. Lakin həddən artıq oyunla maralanmaq uşağın sağlamlığına zərər verə bilər |
---|
DİDAKTİK PRİNSİPLƏR | ümumi məqsəd və qanunauyğunluqlara əsasən təhsil prosesinin məzmununu, tədris metod və formalarının təşkilinin əsas məqamları |
---|
DİDAKTİK QAYDALAR | tədrisin bu və ya digər prinsipinin tətbiqinin müxtəlif cəhətlərinin açılmasında aparıcı mövqe. Məs.əyaniliyin əsas prinsiplərindən biri belədir: müxtəlif növ əyani vəsait işlətmək, amma onların həddini keçməmək şərtilə |
---|
DƏRSİN DİDAKTİKASI | dərsin hazırlanması, keçirilməsi və dərsin nəticələrinin sistemi |
---|
DİPLOM | (fr. Diplôme, yun. Díplōma – ikiqatlanmış sənəd, diplóō – iki yerə qatlayıram), 1) ali və ya ali-ixtisas təhsil müəssisəsini bitirmək barəsində, elmi dərəcə və ya ad verilməsi barədə sənəd. 2) Müəssisə, təşkilat və ya vətəndaşın müəyyən fəaliyyəti həyata keçirtmək üçün verilən sənəd (məs. ticarət).3) Müxtəlif məzmunlu müsabiqə,yarış, sərgi və s. nailiyyətlər üçün mükafat |
---|
DİPLOM İŞİ | ali təhsil müəssisəsinin məzunlarınınelmi-tədqiqat xarakterli yekunlaşdırıcı işi. D.i. bir qayda olaraq tələbə tərəfindən seçilmiş sahə üzrə aktual mövzunun tədqiqi, məzunların nəzəri biliklərinin və praktiki bacıqlarının ümumiləşmiş bütöv sistemidir. D.i. tədqiqat mövzusu ilə bağlı ədəbiyyatlardan,qaynaqlardan istifadə etməklə nəzəri hissənin, nəticənin hazırlanmasıdır. D.i. dövlət imtahan komissiyası və dövlət ixtisas komisssiyası iclaslarında müdafiə olunur. İctimai-siyasi fənlər üzrə D.i. müdafiə edən və dövlət imtahanını verən məzunlara uyğun ixtisasın verilməsini bildirən diplom verilir |
---|