Lüğət
BAZA TƏHSİL | gələcək artımı və zənginləşməsi üçün qaydalar, bilik və bacarıqlar toplusudur. Termin iki mənada işlədilir:1) cəmiyyətdə yaşaya bilmək üçün qaydalar, bilik və bacarıqların öyrənilməsinə yönəlmiş təhsil; 2) ödənişli əmək sahəsinə qədəm qoymazdan əvvəl alınmış və yetkin yaşda təhsilin davam etdirilməsinə istiqamətlənmiş təhsil |
---|
BAKALAVR | (qədim lat. Baccalaureus), bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi |
---|
BAKALAVRİAT | müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını təmin edən ali peşə-ixtisas təhsilinin birinci səviyyəsi |
---|
BAL | təhsil alanların (tələbə) təhsil müvəffəqiyyətinin qiymətləndirilməsi üçün biliklərin yoxlanmasından sonra müəllim tərəfindən qoyulan şərti rəqəmli qiymət. Bizim ölkəmizdə təhsil alanların (tələbə) müvəffəqiyyəti beşballıq qiymət sistemi ilə qiymətləndirilir: «5», «4», «3», «2», «1» |
---|
BİLİK | praktikada təsdiq olunmuş reallığın dərki, onun insan təfəkküründə düzgün əksi; anlayış, qanun, prinsip, mühakimə formasında çıxış edir, empirik olur, təcrübə, praktika, nəzəriyyə və s. formada olur; (ped.)- anlamaq, elmi faktların yadda saxlanılması, qaydalar,qanunlar, nəzəriyyə |
---|
BİLİK DAİRƏSİ | insanın maraq və biliklərinin əhatəsi |
---|
BƏDƏN TƏRBİYƏSİ | insanın həyat tərzindən asılı olaraq öz sağlamlığına və fiziki vəiyyətinə düzgün davranış mədəniyyətinin formalaşmasıdır.B.t. sağlamlığı qorumaq və fiziki-idman fəaliyyətin sistemi, bədən və ruhun sağlamlığı və vəhdəti barədə məlumata malik olmaq, mənəvi və fiziki qüvvələrin inkişafı ilə səciyyələnir |
---|