Lüğət
ƏLAVƏ TƏHSİL | vətəndaşların hərtərəfli təhsil tələblərini ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil |
---|
ƏYANİ VƏSAİTLƏR | tədrisdə əyani vəsaitlər. Tədris prosesində ə.v. iki əsas funksiyanı yerinə yetirir: əyani görüntü vasitəsi və məlumat mənbəyi. Ə.v. təbii və təsviri , yəni məxsusi tədris məqsədilə yaradılmış vəsaitlərə bölünür. Natural obyektləri və təsviri birləşdirən kombinə edilmiş Ə.v. xüsusi növ təşkil edir |
---|