close
Azərbaycan diliEnglishRussian
Slide 1

Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
Termin İzahı
PEDAQOJİ PROSESİN PRİNSİPLƏRİ bütövüklə pedoqoji prosesin məzmunu, formaları, metodları, vasitələrinin cəmi. Bütün prosesi tənzimləyən ümumi qayda, göstəriş, normalar məcmusudur. Təlim və tədrisdə mümkünlülük- təlim və tədris prosesi yaş, fərdi və cinsi xüsusuiyyətləri nəzərə almaqla qurulur. Bu prinsipi nəzərə almaqla tədris çətinlik dərəcəsinin sadədən mürəkkəbə, məlum olandan naməluma keçməklə qurulur. Lakin bu prinsip heç də tələblərin azalması kimi qəbul edilə bilməz. Tərbiyədə fərdi yanaşma – şagirdlərin fərdi qabiliyyətlərini nəzərə almaqla həyata keçirilir. Hər bir şagirdin xasiyyətinin kolektivə uyğun tərbiyəsi və tədrisi şagirdin qrup daxilində bir fərd kim davranış qaydalarını öyrədir. Əyanilik (ped.) – tədrisin konkret əyani və ya hiss edilə bilən vasitlər əsasında qurulması prinsipidir. Təlim və tədrisdə elmilik prinsipi – şagirdlərə tədris zamanı yalnız elmlə təsdiqini tapmış, elmə uyğun materiallar verilir. Mədəniyyət prinsipi – tədrisdə maksimal dərəcədə ölkənin, xalqın, mədəniyyətin dəyərlərini çatdırmaq, mədəni dəyərləri tədris etməkdir. Təbiət prinsipi - hər bir tərbiyəvi prosesin əsası kimi konkret fərdi xüsusiyyət və bacarıqları kimi təbiətin bir üzvü kimi uşaq əsas götürülür. əməkdaşlıq prinsipi – tədris prosesində şəxsiyyətə üstünlük verilməsi; onun özünütəsdiqi, müəyyənləşməsi; uşaq və böyüklərin birgə fəaliyəti üçün olan prinsipdir. Nəzəriyyə və praktikanın əlaqəsi prinsipi- elmi biliklərin gündəlik həyat təcrübəsi ilə harmonik əlaqəsini bildirir. Bu prinsip dünyanın dərkini, gündəlik həyat hadisələrinə təsir yollarını öyrdir. Sistemlilik və ardıcıllıq-tədris prosesində məntiqi əlaqələrin gözlənilməsi və bu dərs materialını daha asan qavranmasını təmin edir. Bu prinsip az müdddətdə daha çox nəticə əldə etməyə yardım edir. Şagirdin qoyulmuş tələblərdən asılı olmayaraq şəxsiyyətinə hörmət prinsipi- müəllimin şagirdə bir şəxsiyyət kimi hörmətinin tələb edir. Şagirdlərə qarşı tələbat müəllimin ilk öncə özünə qarşı tələbatını tələb edir

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?