close
Azərbaycan diliEnglishRussian
Slide 1

Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
Termin İzahı
MƏKTƏBDAXİLİ İDARƏ qarşısında duran məqsədlərdən asılı bütün işlərin koordinasiyası, ped. heyətə mümkün səhvlər barədə xəbərdarlıq etmək və onlara lazımı köməyi göstərmək. M.n.-in prinsipləri: xəbərdaredici xarakter, planauyğunluq, əsaslılıq, hərtərəflilik, nəzəri və metodoloji hazırlıq. olaraq məktəbdə təlim- tədris prosesinin hərtərəfli tədqiqi və analizi. M.n.-in obyektləri: tədris prosesi, tərbiyə prosesi, metodiki iş, elmi və təcrübi fəaliyyət, uşaq və ped. kollektivin psixoloji vəziyyəti, təlim-tədris prosesinin zəruri şərtlərlə təmin edilməsi. M.n.-in növləri: nəzarəti həyata keçirənin əlamətləri (kollektiv, qarşılıqlı idarə, özünüidarəetmə, planlı və planlaşmamış inzibati idarə etmə); idarə edilən obyektlərin əhatə edilməsinə görə (sinif ümumiləşdirici –eyni sinifdə oxuyan şagird və müəllimlərin işinin təhlili, ümumi – bütün istiqamətlər üzrə işlərin ümumi vəziyyətinin dərin tədqiqi və analizi, tematik –təlim-tədris prosesinin konkret istiqamət üzrə öyrənilməsi, şəxsi – ayrı müəllimlərin fəaliyyətinin hərtərəfli tədqiqi, icmal – məktəbdəki vəziyyətin dərin tədqiq edilmədən təhlili. M.i. metodları: dərs və təlim məşğələlərinə gəlmək və onları təhlil etmək, məktəb sənədlərinin və şagirdlərin işlərinin təhlili, müəllim, şagird və valideynlərlə söhbət, inzibati yoxlama tədbirlərinin və sorğularının aparılması; anketləşdirmə, testləşdirmə, xronometraj və s

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?